Zəminə Dünyamalıyeva ACP-ni parçalaya bilər

img

21-09-2009 [03:49]


Açıq Cəmiyyət Partiyasının uzun müddətdən bəri gözlənilən Ali Məclisinin iclası baş tutub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ali Məclis üzvləri son dövrlər ACP rəhbərliyinin ünvanına sərt ittihamlarla çıxış edən Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyevanın partiya sıralarından kənarlaşdırılması ilə bağlı qərar qəbul ediblər. Məsələylə bağlı Z.Dünyamalıyevanın münasibətini öyrənmək istəsək də, cəhdlərimiz uğursuzluqla nəticələnib. Belə ki, Zəminə xanımın nə ev, nə də mobil telefonuna ilə danışmaq mümkün olmayıb. Qeyd edək ki, Z.Dünyamalıyeva ACP rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirməklə yanaşı, Ali Məclisin iclasında partiyanın fəaliyyətinə xitam veriləcəyini deyirdi. Artıq Məclisin iclası keçirilib, partiya sədri müəyyən olunub. Hətta Z.Dünyamalıeyva partiyadan kənarlaşdırılıb. MİA-ya verilən məlumata görə, Z.Dünyamalıyeva Ali Məclisin qərarı ilə razılaşmayaraq, daha sərt addımlar atacaq. ACP-də Zəminə xanıma yaxın olan partiya fəallarından birinin verdiyi məlumata görə, liderin müşaviri ACP-dəki tərəfdarlarını başına toplayaraq, yeni partiya yaratmağı da planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA