AMiP-in qurultayı bələdiyyə seçkilərindən sonraya qaldı

img

18-09-2009 [03:44]


?Milli İstiqlal Partiyasında hazırda qurultayın keçirilməsi ilə bağlı müzakirələr aparılmır. Biz də fərqindəyik ki, zaman keçir, amma qurultaydan daha vacib işlər var. Bildiyiniz kimi, bələdiyyə seçkiləri yaxınlaşır, əsas gücümüzü də ona yönəltmişik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov təmsil olunduğu partiyanın qurultayının nə zaman keçiriləcəyi ilə bağlı açıqlama verərkən deyib. AMİP yetkilisi onu da vurğulayıb ki, qurultay bələdiyyə seçkilərindən sonra keçiriləcək: ?Əvvəllər qurultayımızın keçirilməsinə mane olan məsələ yer problemi idi. Yenə də həmin problem qalır. Ayrı-ayrı dövlət qurumlarına etdiyimiz müraciətlər müsbət həllini tapmayıb. Ondan sonra referendum, indi də bələdiyyə seçkilərinə hazırlıq məsələləri var. Ona görə də indi gündəmdə qurultay məsələsi yoxdur. Partiyanın nizamnaməsində qurultay 3 ildən gec olmayaraq çağırılmalıdır. Bu müddətə də hələ var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA