BAXCP ?Yeni Müsavat? qəzetinin yazdıqlarına sərt reaksiya verdi

img

19-09-2009 [06:47]


[b]?Məhz Milli Məclisdə baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin qaldırılmasını Qüdrət Həsənquliyev təklif edib?[/b] Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev baş prokuror Zakir Qaralova müraciət edərək Dəvəçi rayonunun ərazisində, Bakı-Quba avtomobil yolunda Nəqliyyat Nazirliyinin tabeçiliyindəki ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları tərəfindən KAMAZ markalı yük avtomobilinin sürücüsü Mehman Əmirquliyevə qarşı fiziki güc tətbiq edilməsi faktının araşdırılması və baş vermiş qanunsuzluğun aradan qaldırılmasıilə bağlı xahişinə siyasi don geyindirməyə səy göstərənlərdə tapıldı. ?Yeni Müsavat? qəzetinin bu günki sayında millət vəkili Qüdrət Həsənquliyevin bu addımının arxasında duran səbəblərin fərqli şəkildə izahı verilməyə çalışılıb. Bu isə öz növbəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ciddi narazılığa səbəb olub. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının Müstəqil İnformasiya Agentliyinə bildirdiyinə görə, burada məqsəd millət vəkili Qüdrət Həsənquliyevə böhtan atmaqdır: ?Hər şeydən əvvəl onu qeyd edim ki, millət vəkili Qüdrət Həsənquliyev Bakı-Quba avtomobil yolunda ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları tərəfindən döyülən KAMAZ markalı yük avtomobilinin sürücüsü Mehman Əmirquliyevin anası Raya Əmirquliyevanın və hadisənin şahidi Sevda Əkbərovanın müraciəti əsasında baş prokuror Zakir Qaralova müraciət edib. Yəni Qüdrət bəy bu müraciətini əsas götürərək Z.Qaralovdan M.Əmirquliyevin döyülməsi faktının, eləcə də son vaxtlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən taksi və yük maşınlarının sürücülərinə qarşı zorakılıqlara yol verilməsi, onlardan qanunsuz vəsaitlərin toplanılması, avtomobillərin nömrə nişanlarının açılması barədə mətbuatda yayılan məlumatların araşdırılması üçün müvafiq göstəriş verməsini xahiş edib. Həmçinin bu məsələ ilə bağlı Qüdrət bəyə Hüquq Müdafiəçisi, vəkil Vidadi İsgəndərov da muracət edib. Onu da nəzərinizə çatdırım ki, Vidadi İsgəndərovla Qüdrət bəy əvvələr prokrorluq orqanlarında bir yerdə calışıblar. Bunun üçün də onun Qüdrət bəyə müraciət etməsi də təsadüfi deyil. İstər Mehman Əmirquliyevin anası Raya Əmirquliyevanın, istərsə də Vidadi İsgəndərovun Qüdrət bəyə müracət etmələri də bir millət vəkili olaraq onun obyektiv fəaliyyət göstərməsi ilə bağlıdır. ?Yeni Müsavat? qəzeti də bu faktı özünə məxsus tərzdə yozaraq güya Qüdrət bəyin sifariş yerinə yetirməklə Nəqliyyat naziri Ziya Məmmədov və baş prokuror Zakir Qaralova qarşı kampaniya aparmaqda ittiham edir. Bu məsələ ilə bağlı hətta ombudsman Elmira Suleymanova da rəsmi muracət yayaraqməsələnin qanun çərçivəsində həll edilməsini və qanun pozuntularına son qoyulmasını tələb edib. Digər tərəfdən qəzet Qüdrət Həsənquliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlamağa cəhd edir. Amma onu deyim ki, Qüdrət Həsənquliyev elə həmin qəzetə açıqlamasında bildirmişdir ki, Kəmaləddin Heydərov onunla qonşu kənddəndir və ona hörməti var. Qudrət bəyin müstəqil və öz sözu olan siyasetçi olmasını hamı bilir. O prokurorluq oraqanlqrında çalışıb və bu orqana həmişə xüsusi hörmətlə yanaşıb. Məhz Milli Məclisdə bas prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin qaldırılmasını Qüdrət Həsənquliyev təklif edib. Ona görə də sözgedən qəzetdə yer alan ittihamların heç birinin əsası yoxdur?. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qənatincə, Qüdrət Həsənquliyev qarşı yazılan bu yazının da sifariçisi hakimiyyətdədir: ?Bu şəxslər ?Yeni Müsavat? qəzetinin təsisçisi, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və partiyanın digər funksionerləri haqqında da sifarişli yazılar dərc edirlər. Bunu Müsavat Partiyasında yüksək post tutan şəxslər də açıq şəkildə bildirirlər. Yəni demək istəyirəm ki, onların iqtidara işləməsini hamı bilir. İndi də öz dəsti-xətlərinə uyğun yazı yazıblar. Cəmiyyət isə açıq şəkildə bilir ki, Qüdrət Həsənquliyev sürücü Mehman Əmirquliyevə qarşı haqsızlıq olduğu üçün baş prokuror Zakir Qaralova müraciət edib və o bir millət vəkili kimi ədalətin bərpa olunmasına çalışır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA