Vidadi isgəndərov: ??Aydın Mirzəzadə etiraf etməlidir?

img

19-09-2009 [01:14]


?GEN? MMC ilə bağlı məhkəmədə zərərçəkənlərin nümayəndəsi Vidadi İsgəndərovun millət vəkili Aydın Mirzəzadənin adını hallandırması millət vəkilinin etirazına səbəb olub. Belə ki, Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Aydın Mirzəzadə bu cür davam edəcəyi təqdirdə Vidadi İsgəndərovdan Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin sədri Vidadi İsgəndərov isə Vəkillər Kollegiyasının üzvü olmadığını bildirib: ?Mən, hüquq müdafiəçisiyəm. Ona görə də Vəkillər Kollegiyasına məndən şikayət etməyə ehtiyac yoxdur. Nəzərinizə çatdırım ki, Elbrus Əliyevlə bağlı cinayət işi başlanarkən, zərərçəkmişlər ona məxsus ofisi darmadığını edərək, disklər əldə etmişdilər. Disklərin birində ?GEN? MMC-nin ?Kral? restoranında 1 illiyi münasibətilə Aydın Mirzəzadə də ora dəvət edilib və iki dəfə çıxış edib. Mən şəxsən onun çıxışlarına baxmışam. Aydın Mirzəzadə Azərbaycanın sahibkarlığı və Elbrus Əliyev barəsində ağızdolusu tərif edir. Ancaq məhkəmədə deməmişəm ki, Aydın Mirzəzadənin bu cinayətdə iştirakı var. Səhv etmirəmsə, millət vəkili ?Bizim yol? qəzetində verdiyi açıqlamasında bildirib ki, Elbrus Əliyevlə Körpələr evində təsadüfən tanış olmuşam. Bundan sonra Elbrus Əliyev onu bu mərasimə dəvət edib. Sadəcə, bildirmək istəyirəm ki, Elbrus Əliyev ölkədə nüfuz sahiblərini ?tora? salaraq müxtəlif tədbirlərə dəvət edir və onların əli ilə müəyyən işlər görürmüş?. Hüquq müdafiəçisinin sözlərinə görə, onlar ilk gündən millət vəkilinin Elbrus Əliyevlə əlaqəsi ilə maraqlanıblar: ?İstintaq yolu ilə sübut edilməyib ki, Aydın Mirzəzadə burada hər hansı bir cinayət törədib. Onu da qeyd edim ki, ?Bizim yol? qəzetinin müxbiri mənim sözlərimi düz yazmayıb. Mən demişəm ki, Elbrus Əliyev Aydın Mirzəzadə ilə məhz həmin Körpələr evində münasibət qurub. Sonra da dələduz Elburs Əliyev bu münasibətdən istifadə etmək istəyib. Mənim millət vəkilinin nüfuzuna heç bir xələl gətirmək fikrim yoxdur. Sadəcə olaraq, qeyd etmək istəyirəm ki, Aydın Mirzəzadə Milli Məclisin deputatı kimi hər hansı bir yerə dəvət alanda bilməlidir ki, hara gedir və nə danışır. Yəni misli görünməmiş cinayəti və dələduzu o cür tərifləmək ən azından yanlış idi və hesab edirəm ki, Aydın Mirzəzadə bunu etiraf etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA