BQP Ali Məclisi oktyabrın ilk ongünlüyündə çağırılacaq

img

12-09-2009 [04:29]


Bu gün Böyük Quruluş Partiyasının (BQP) Siyasi Qurulunun növbəti toplantısı keçirilib. BQP başqanı, millət vəkili Fazil Qəzənfəroğlunun sədrliyi ilə keçirilən toplantıda bir sıra məsələlər müzakirə olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə BQP Ali Məclisinin sədri Əjdər Əliyev məlumat verib. Ə.Əliyein sözlərinə görə, iclasda Qafqaz İslam Ordusunun Bakını menşevik tör-töküntülərindən təmizlənməsi zamanı şəhid olanların xatirəsi yad edilib. Sonra partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə hazıqlıq vəziyyəti, Ali Məclisin çağırılması və digər məsələlər müzakirə olunub: ?Qərara aldıq ki, BQP Ali Məclisi oktyabrın birinci ongünlüyündə çağırılsın. Yəqin ki, seçki ilə bağlı son qərarları da Ali Məclisdə verəcəyik. Hələlik qənaətimiz odur ki, partiyanın bələdiyyə seçkilərinə hazırlığı qənaətbəxşdir. Bundan sonra da hazırlıq işlərini davam etdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA