?Qalatasaray? Afinaya türk bayrağı sancdı

img

18-09-2009 [12:34]


Dünən UEFA kuboku uğrunda keçirilən mötəbər yarışın qrup oyunlarında məşhur məşqçi Frank Raykaardın çalışdırdığı ?Qalatasaray? Yunanıstan çempinatının hazırkı lideri ?Panathinaikos?la ilk qarşılaşmasında yarışa öz damğasını vurub. Sarı-qırmızılar oyunun 5-ci dəqiqəsində braziliyalı Elanonu hesabda önə çıxıb. Bundan sonra bir neçə epizodda ?Qalatasaray? hesabı artırmaq imkanı əldə etsə də, son zərbələr dəqiq olmayıb. İkinci hissəyə də Raykaardın komandası hücumla başlayıb. Artıq 47-ci dəqiqədə Elanoun ara pasını ?Qalatasaray?ın çex hücumçusu Milan Baroş məntiqi sonluqla tamamladı ? 0:2. Bu hesabdan sonra yunan komandasından sürətli hücumlar gözlənilsə də, hər şey əksinə olub. 56-cı dəqiqədə yenə də brazilyalı Elano ?Qalatasaray?ın qələbəsini rəsmiləşdirən hesabın yaranmasında böyük pay sahibi olub. Onun uzaq məsafədən vurduğu zərbə rəqib komandasının müdafəçisi Salpinqisə dəyərək istiqəmtini dəyişib. Bu isə qapçının topu qaytarmasını əngəlləyib ? 0:3. Rəqib ?Qalatasaray?ın möhtəşəm oyununda yalnız bir dəfə fərqlənə bilib. 77-ci dəqiqədə vurulan bir qol isə Raykaardın komandasının qrupp lideri olmasına əngəl yarada bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA