Ramin Musayev klubların narazılığını əsassız sayır

img

01-10-2009 [02:52]


"Çempionatda yaranan 21 günlük fasilə ilə bağlı klubların narazılığı əsassızdır?. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev bildirib ki, 21 günlük fasilə indi yox, elə əvvəldən, təqvim tərtib olunarkən nəzərdə tutulub: ?Klubların narazılığını ona görə əsassız sayıram ki, 21 günlük fasilə əvvəldən təqvimdə nəzərdə tutulub. Biz bu qərarı indi qəbul etməmişik ki? Narazılıqları var idisə, əvvəldən deyərdilər də. İndi niyə fasilə yadlarına düşüb? Təqvim tərtib olunarkən, püşkatma mərasimindən əvvəl də bildirmişdik ki, bu təqvim milli komandamızın baş məşqçisi Berti Foqtsun proqramına əsasən nəzərdə tutulub. O zaman heç kim təqvimə narazılıq etməmişdi. İndi nə oldu? Biz üçüncü turun oyunlarını təxirə salarkən, narazılıq yaransaydı, bunu anlayışla qarşılayardıq. Çünki bu fasilə əvvəldən nəzərdə tutulmamışdı. Lakin bir daha təkrarlayıram ki, hazırda yaranan 21 günlük fasilə əvvəldən nəzərdə tutulmuşdu və məhz bu səbəbdən də mən klubların narazılığını haqsız sayıram. Biz Azərbaycan milli komandasının uğurunu düşünürük. Bütün bunları da millinin uğurlu nəticə qazanması üçün edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA