Müsavat Deputat qrupu parlamentdə Qarabağ və Respublika Uğrunda Hərəkatın sözçüsü ola bilər

img

17-09-2009 [02:06]


Bu gün Müsavat Deputat qrupuna daxil olan millət vəkillərinin növbəti toplantısı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qrupun üzvü Arzu Səmədbəyli məlumat verib. A.Səmədbəyli hazırda payız sessiyasın hazırlaşdıqlarını və bir sıra layihələr üzərində işlədiklərini bildirib: ?İndi Milli Məclisin payız sessiyasında qaldıracağımız məsələlər, gündəliyə təklif edəcəyimiz məsələlər və s.lə bağlı toplanmışıq, müzakirə edirik. Yəqin ki, bir neçə toplantıdan sonra mətbuata açıqlama verəcəyik ki, hansı layihələrlə çıxış edəcəyik?. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata da bir sıra qanunlara əlavə və dəyişikliklər təklif edir. Bu təkliflərin Milli Məclisdə qaldırılması missiyasını Müsavat Deputat Qrupu üzərinə götürə bilərmi sualına gəlincə, Arzu bəy ?Bilirsiniz ki, Seçki Mcəlləsinə əlavə və dəyişikliklər bağlı təklifləri təqdim etmişik. Hətta çox azsaylı qanun layihələrindən olub ki, komissiyalarda müzakirə olunub. Hərəkata daxil olan partiyalar da əsas fundamental sənəd kimi həmin qanun layihəsi götülürüb. Eyni zamanda həmin qanun layihəsinə hərəkata daxil olan partiyaların əlavə təklifləri olub. Əgər Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalar Müsavat deputat qrupuna bu missiyanı həvalə etsə, təbii ki, biz o məsələni də gündəliyə çıxararıq?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA