Qarabağ və Respublika Uğrunda Vətəndaz Hərəkatın liderləri bir araya gəlib

img

24-09-2009 [04:13]


Bu gün Müsavat Partiyasının qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyaların növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda Bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Toplantıda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şərti irəli sürülmədən Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması cəhdləri müzakirə edilib. Vətəndaş Hərəkatı hesab edir ki, bir Millətin qurduğu 2 dövlət və strateji müttəfiq olan Türkiyə və Azərbaycanın hazırkı hökumətləri bu ölkələrin mühüm problemlərini digəri ilə məsləhətləşərək birlikdə həll etməlidir. Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olmadığı halda Türkiyə -Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına uyğun deyil. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı inanır ki, Azərbaycan torpaqları işğaldan azad olunmayacağı təqdirdə Türkiyə-Ermənistan hökumətlərinin imzalamağa hazırlaşdığı protokollar Türkiyə parlamentində təsdiq edilməyəcək. Toplantıda həmçinin Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin BMT Baş Assambleyasının 2009-cu il sentyabr sessiyasında iştirak etməməsi müzakirə edilib. Vətəndaş Hərəkatı belə bi önəmli beynəlxalq tədbirdə iştirak edilməməsini və BMT Baş Assambleyası Sessiyası kimi mötəbər bir tribunadan istifadə imkanının əldən verilməsini, Azərbaycanın mövqeyinin, torpaqlarımızın işğal altında olması barədə həqiqətlərin bütün dünyaya bir daha bəyan edilməsindən imtinanı məsuliyyətsizlik kimi dəyərləndirir və qətiyyətlə pisləyir. Vətəndaş Hərəkatı hesab edir ki, İlham Əliyevin BMT Baş Assambleyasına getməkdən imtina etməsi, bütövlükdə beynəlxalq birlikdən təcrid olunma xətti Əliyev rejiminin ölkə daxilində antidemokratik, korrupsion siyasətinin nəticəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA