Arif Hacılı iqbal Ağazadənin təkliflərinin məntiqsiz olduğunu deyir

img

25-09-2009 [04:53]


?Müsavat Partiyasının irəli sürdüyü təklif kifayət qədər məntiqlidir. Təsafdüfi deyil ki, Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar tərəfindən də bizim təklifimiz müsbət qəbul olunub?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı son günlər Müsavatla Ümid Partiyası arasındakı fikir ayrılığına münasibət bildirərkən deyib. A.Hacılınını sözlərinə görə, Müsavatın seçki komissiyalarında ayrılan yerlərdən imtina etməsi komissiyaların formalaşması məsələsinin aktuallığının qoruyub saxlaması ilə bağldır: ?Hesab edirəm ki, bu mövqe müəyyən effekt də verib. Çünki bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ölkə ictimaiyyəti seçki komissiyalarının paritet əsaslarla formalaşması tələbinin aktual olduğu qənaətindədir. Belə olan təqdirdə Ümid Partiyasının nümayəndələrinin komissiyalarda olması təbii ki, bu sahədə problemlər yaradır. Eyni zamanda 2008 prezident seçkiləri, 2009-cu il referendumu göstərdi ki, Ümid Partiyasının nümayəndələri seçkidəki hər hansı ciddi saxtakarlığın üzə çıxarılması üçün hər hansı addım atmadılar. Əgər bu addım yoxdursa, onda Ümid Partiyaısınını nümayəndələrinin komissiyalarda qalmasının nə əhəmiyyəti var. Əslində bununla hakimiyyət deyir ki, komissiyalarda müxalifətin də təmsilçiləri var?. A.Hacılı onu da vurğulayıb ki, seçki komissiyalarından nümayəndələrin geri çəkilməsi qarşılığında parlament üzvlərinin geri çəkilməsi təklifinin irəli sürülməsi sadəcə olaraq, bəhanədir. Bu şərtlər daxilində Ümid Partiyası ilə seçkidə birgə iştirakın mümkün olub-olmadığına gəlincə, Arif bəy uzağa gedən məsələlər barədə şərh vermək istəmədiyini bildirib. Müsavat yetkisini onu da qeyd edib ki, yaxın bir iki həftə ərzində məsələlərə aydınlıq gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA