Ədalət Partiyası sentyabrın 22-də Ali Məclisində bələdiyyəyə namizədlərini təsdiqləyəcək

img

16-09-2009 [02:47]


?Bildiyiniz kimi, Ədalət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində iştirak haqqında qərar verib. Çalışacağıq ki, seçkilərdə real namizədlərlə çıxış edək. Hansı ki, onlar seçkidə mütləq qalib olsunlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli təmsil olunduğu partiyanın bələdiyyə seçkilərinə hazırlıq vəziyyəti ilə bağlı açıqlama verərkən deyib. M.Rəhimli onu da bildirib ki, partiyanın seçkilərlə bağlı vacib qərarları sentyabrın 22-də keçiriləcək Ali Məclisin iclasında veriləcək: ?Ali Məclisin iclasında partiyanın seçki taktikasını müəyyənləşdirəcəyik. Bundan əlavə, namizədlərin bir qisminin təsdiq edilməsi də gözlənilir. Bəzi rayon təşkilatlarına da tapşırıq veriləcək ki, hazırlıqlara başlasınlar?. Hansısa siyasi qüvvə ilə əməkdaşlığa gəlincə, partiya yetkilisi seçkidə təkbaşına iştirak edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, bundan əvvəlki dövrlərdə əməkdaşlıq etdikləri partiyaların onlara xəyanət etməsi səbəbindən heç bir siyasi qüvvə ilə bir yerdə olmayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA