DiN DUi-yə xəbərdarlıq etdi: icazəsiz aksiya keçirənlərə qarzı ciddi tədbir görüləcək

img

23-09-2009 [06:40]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratiya Uğrunda İttifaqın (DUİ) sabaha təyin olunan aksiyasına icazə verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ yetkilisi Əhməd Oruc məlumat verib. Onun sözlərinə görə, BŞİH aksiyanı məqsədəuyğun hesab etmədiyi üçün müraciətlərinə mənfi cavab göndərib. Qeyd edək ki, DUİ icazənin olub-olmamasından asılı olmayaraq, aksiyalarını reallaşdıracaqlarını bəyan edib. DUİ və QAT sabah XİN-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməkdə israrlıdır. Saat 12.00-a təyin olunan aksiyada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təklif olunan ?Madrid prinsipləri?nə və Azərbaycan hakimiyyətinin bu prinsiplərlə bağlı mövqeyinə, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasına etiraz ifadə olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sabah DUİ-nin XİN-nin binası qarşısında keçirəcəyi icazəsiz aksiyaya imkan verilməyəcək: ?Təbii ki, müxalifət Bakı Şəhər İcra Hakimiyyətindən aksiyanın keçirilməsi ilə bağlı icazə almsa, polis qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək. Əgər onlar aksiyanın keçirilməsinə təkid etsələr, aksiyaçılara qarşı mütləq ciddi tədbirlər görüləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA