DUi keçirmək istəydiyi aksiya ilə bağlı Bakı Şəhər icra Hakimiyyətinə müraciət edib

img

14-09-2009 [03:29]


Demokratiya Uğrunda İttifaq (DUİ) bu gün sentyabrın 24-nə nəzərdə tutulmuş etiraz aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Qeyd edək ki, DUİ-yə daxil olan partiyalar Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Madrid prinsiplərinə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz məqsədiylə Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya planlaşdırıblar. M.Mirəlioğlu onu da deyib ki, DUİ aksiya keçirmək niyyətindədir, hazırlıq işləri gedir və bununla bağlı BŞİH-nə də müraciət ünvanlayıb. KXCP sədrinin sözlərinə görə, icra hakimiyyətinin cavabından asılı olmayaraq, aksiyalarını reallaşdıracaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA