islamçı demokratlar indiki məqamda mer seçkisinin keçirilməsini məqbul saymır

img

14-09-2009 [12:48]


Azərbaycana səfəri zamanı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallefin Bakıda mer seçkisi ilə bağlı səsləndirdiyi təklif cəmiyyətdə müzakirələrə səbəb olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı təklifi dəstəkləsə də, hazırkı durumda onun reallaşdırılıması ilə bağlı fərqli fikirdədir: ?Düzdür, AŞPA nümayəndəsinin mer seçkisi ilə bağlı tövsiyəsi haqq və ədalətin bərqərar olunması baxımından məqbuldur. Bu mənada islamçı demokrat olaraq dünya təcrübəsində uzun illərdir tətbiq olunan bu strukturun Azərbaycanda da tətbiqinə tərəfdarıq. Amma hər kəsə bəllidir ki, ölkəmizdə seçkinin ədalətli keçiriləcəyi şübhə altındadır?. AİDP sədri hesab edir ki, mer seçkisi ilə bağlı israrlı tövsiyələr verən AŞPA-nın özü də Azərbaycanla bağlı məsələlərdə, xüsusilə də seçkilərin nəticələri ilə bağlı ədalətli mövqe tutmayıb: ?Artıq 3-cü onillikdir müharibə şəraitində yaşayırıq. Amma bu təşkilat təcavüzkarla təcavüz olunan arasında ədalətli qərar verə bilmir. Bu mənada AŞPA-a bizə göstərdiyi bu qayğı səmimi deyil. Məgər AŞPA indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərin şəffaf keçirilmədiyini görməyib? Təbii ki, görüb. Amma təssüf ki, təyinatlı seçkilərin ?düzgün? keçirildiyini deyib, prosesi ?demokratiyaya doğru bir addım? kimi qiymətləndiriblər. Sona qədər radikal mövqe tutmayıblar. Ona görə də bizim cəmiyyətmizdə AŞPA-nın haqq-ədalət tərəfində olacağına dair inam qalmayıb?. T.Abbaslı hesab edir ki, mer seçkisində də hakimiyyət istədiyi şəxsin Bakı meri olmasını təmin edəcək və bir qədər çək-çevirdən sonra AŞPA həmin seçkinin nəticələrini müsbət qiymətləndirəcək: ?Digər tərəfdən AŞPA bu məsələdə heç də xalqımızın rifahının yaxşılaşmasını güdmür. Onlar bu məsələdə də daha çox regiondakı maraqlarını təmin etmək niyyətindədirlər?. AİDP sədri təklif edir ki, Bakıda və digər iri şəhərlərdə mer seçkisi Qarabağ münaqişəsi ədalətli şəkildə başa çatdıqdan, yəni cəmiyyət sarsıntıdan çıxdıqdan sonra keçrilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA