YAP-çı deputat Haraztinin Azərbaycanda medianın vəziyyətinə verdiyi qiymətlə razılazmır

img

11-09-2009 [02:31]


ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti Azərbaycanda medianın vəziyyətindən narazılığını bildirib. ATƏT nümayəndəsi həbsdə olan iki baş redaktoru və gənc bloqqerlərin azadlığa buraxılmasının vacibliyini də vurğulayıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə Haraştinin bu fikirləri ilə razı olmadığını bildirib: ?Mən, Haraştinin Bakıya gəlməsini müsbət qiymətləndirirəm. Onun cəmiyyətin müxtəlif təbəqələri ilə görüşünə müsbət baxıram. ATƏT-lə Azərbaycan arasında daim sıx və hərtərəfli əlaqələr olmalıdır. Amma onun verdiyi qiymətlə razı ola bilmirəm. Ona görə ki, Azərbaycanda azad mətbuat, fikri azad şəkildə bildirmək şəraiti var?. A.Mirzəzadə Haraştinin ?Həbsdə olan iki baş redaktor və gənc bloqqerlər azadlığa buraxlmalıdır? bəyanatını da mənfi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanla ultimatumla danışmamalıdır: ?O, istəyini bildirə, xahiş edə bilər. Onun Prezident Administarsiyasının ictima-siyasi şöbənin müdiri Əli Həsənovla görüşü olub. Əli Həsənov bildirib ki, bloqqerlərin həbs edilmək ehtimalı həddən artıq aşağıdır. Amma bunu tələb şəklində qoymaq düzgün deyil. Onda ölkənin süverenliyini şübhə altında qoymuş olur. Yəni beynəlxalq təşkilatların nümayəndələri belə məsələlərə diqqət yetirməlidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA