Nəqliyyat Nazirliyi əməkdazlarının ?qoçu?luğu siyasi dairələrin də ciddi narazılığına səbəb olub

img

09-09-2009 [04:15]


Son dövrlər Nəqliyyat Nazirliyi əməkdaşlarının sürücülərə qarşı kobud rəftarı çoxlarına məlumdur. Dəvəçinin Gəndab kəndi ərazisində ?KamAZ? sürücüsü Mehman Əmirquliyevin Nəqliyyat Nazirliyi, ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsini əks etdirən görüntülər də buna sübutdur. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyib ki, əslində hakimiyyətin yürütdüyü siyasətin fonunda ?qeyri-adi? bir şey yoxdur: ?Baxın, Nəqliyyat Nazirliyinin adi bir əməkdaşı özünü qoçu kimi aparır. Yuxarıdan aşağı hamı özünü qoçu sayır. Bu, sözlə ifadə olunmayacaq bir özbaşınalıqdır. Əgər Azərbaycanda baş prokuror varsa və qanuna nəzarət etdiyini unutmayıbsa, Nəqliyyat Nazirliyinin həmin əməkdaşları barədə cinayət işi açıb, onları cəzalandırmalıdır. Bu gün baş verənlər bir daha onu göstərir ki, hakimiyyətin yürütdüyü siyasət zorakılıq üzərində qurulub. Ona görə də bu hakimiyyət ümumilikdə istefaya getməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA