iran Azərbaycana narkotik vasitələrin daxıl olmasında xüsusi rol oynayır

img

10-09-2009 [04:48]


Bu gün ?Ria-Novosti? agentliyinin konfrans zalında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu İranın Ermənistana hərbi yardımı və digər anti-Azərbaycan fəaliyyəti barəsində mətbuat konfransı keçirib. Müstəqil İnformasya Agentliyinin xəbərinə görə, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu iyulun 15-də Tehran-Yerevan aviareysi ilə uçuş zamanı qəzaya uğrayan təyyarədə həlak olan Sepaha məxsus 12 İran hərbiçisindən 10-nun adını qeyd edib. Onun sözlərinə görə, hazırda İranın çox yüksən səviyyəli hərbi hava hücumundan müdafiə mütəxəssisləri Ermənistana hərbi yardımlar göstərir: ? Qəzaya uğrayan zaman həlak olan hərbiçilər: general, mühəndis Əlirəza Zebardart Barzin, general, mühəndis Mehdi Barfroşan, polkovnik, mühəndis Naser Teymuri, mühəndis Mohsen Novrozpur, mühəndis, Əli Nəzəri Şakib, mühəndis Vahid Rafeyi, mühəndis leytenant Vahidrəza Dexxaninya, Muhammed Hadi Behesti Necat, Seyed Kazım, Moalemain Qorcidir. Adıçəkilən hərbiçilər Ermənistanda bundan əvvəl iki dəfə olublar. Sepah və ya İslam İnqilabı Keşikçiləri Ordusu birbaşa dini lider olan Seyid Əli Xamneyiyə tabedir. Onların əsas məqsədi Ermənistanın Hava Hücumundan Müdafiə sistemini daha da təkmilləşdirmək, radar və zenit raket qurğularının koordinatlarını dəyişmək, bu sahədə Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır. Eyni zamanda, rəsmi Tehran istəyir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq verməsin. Nəzərinizə çatdırım ki, Ermənistan gedən hərbi-qüvvə Kəlbəcərin ərazisində sınaqlar keçirəcəkdi. İranın Azərbaycana qarşı ?gizli düşmənçilik? münasibətinin kökündə məhz Azərbaycan faktoru dayanır. O, bunu özüçün milli məsələ hesab edir. İran elə siyasət yürüdüb ki, Ermənistan Rusiyanı özünə düşmən, İranı isə dost hesab edir. İran hərbi gərginliyi artırıb Azərbaycanı Ermənistanla müharibə etmək istəyinə nail olmaqdır?. SİTM sədri onu da bildirib ki, Azərbaycana nisbətən Ermənistan ABŞ-la daha çox geosiyasi, iqtisadi, maliyyə əlaqəlrinə malikdir: ?Bəzi ekspertlər bildirirlər ki, İranın Azərbaycana qarşı pis münasibət göstərməsinə səbəb ABŞ-la yaxınlıq etməsidir. Lakin reallıq onu göstərir ki, Ermənistan daha çox ABŞ-la müxtəlif sahələr üzrə diplomatik münasibətlər qurur. ABŞ-ın daha çox dostu olan Ermənistanla nədənsə İran da dost olmaq istəyir. 1988-ci ildə Qarabağda münaqişə başlayanda Amerika ermənilərin yanında olub. İsrail faktoru da bəhanədir. İsrail prezidenti Şimon Peresin istər Azərbaycan, istərsə də Qazaxıstana etdiyi səfərlərə İranın müxtəlif cür reaksiya vermsəsi buna misaldır. Ona görə də bizim İranla hər hansı bir güzəştə getməyimizə mənəvi haqqımız yoxdur. Şuşanın işğalını təşkil edən elə İranın özü olub. İranın indiki hökuməti yalan danışan hökumətdir. İran Dağlıq Qarabağa qaz verir. Bundan əlavə Ermənistanda neftqayırma zavodu tikir. Halbuki Ermənistanda bir dənə olsun neft mütəxəssisi yoxdur?. M.Əhmədoğlunun sözlərinə görə, İran həmçinin son vaxtlar Azərbaycanda narkotik maddələrin dövriyyəsini və bu dövriyyədən gələn pulun miqdarını xeyli artırıb: ?Artıq bu sahədə hökumət səviyyəsində addımlar atılmaqdadır. İranın narkotik maddələr dövriyyəsində yaratdığı pullar Azərbaycanda aşağı və orta təbəqələrdən yuxarıya doğru irəliləməyə başlayıb?

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA