ADP təhsil sistemindəki rüzvətxorluğun ifrat dərəcəyə qalxdığını bəyan edir

img

07-09-2009 [05:15]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və ölkə daxili bir sıra narahatlıq doğuran məsələlər büzakirə olunub. Son vaxtlar beynəlxalq ictimaiyətin siyasi gündəminə yenidən daxil edilən Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşmaya daha cox diqqət çəkən müzakirə iştirakçıları bu məsələnin siyasi reallıqdan doğduğunu və həlli istiqamətində iştirakçı dövlətlərin siyasi iradə nümayiş etdirmələrinin vacibliyini qeyd etməklə Türkiyənin bu sövdələşmədən Cənubi Qafqazda öz nüfuzunu artırmasına və Dağlıq Qarabağ münaqişəsiniin həllində müsbət rol oynayacağına əminliklərini bildirib. Bu məsələ ilə bağlı İH bəyanat da qəbul edib. Bəyanatda deyilir: ?ADP Türkiyənin Ermənistanla anlaşmasına dair imzalanması gözlənilən protokollların meydana çıxması ilə əlaqədar Türkiyədə və Azərbaycanda yaranan narahatlıqları bölüşməklə yanaşı, Türkiyə Ermənistan yaxınlaşmasının müsbət tərəflərini də nəzərdən qaçırmamağa çağırır. ADP hesab edir ki, Türkiyə Ermənistan münasibətlərinin bu protokollarda nəzərdə tutulan qaydada qurulması Türkiyənin Cənubi Qafqazda rolunun artmasına, Ermənistanda Rusiyanın təsirinin zəifləməsinə və Cənubi Qafqaz Respublikaları arasındakı münaqişələrin, xüsusilə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılmasına ciddi yardım edə bilər. ADP ümid edir ki, Türkiyənin Ermənistanla yaxınlaşma siyasəti nəticədə, Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinin azad edilməsinə və bu dövlətin diğər qonşularına qarşı olan ərazi iddialarından imtina etməsinə gətirib çıxaracaq, beləliklə də Cənubi Qafqazda yeni siyasi şərait yaranacaqdır.? Toplantı iştirakçıları son günlər başqa bəhanələrlə bir neçə məscid binasının sökülüb, dağıdılması faktını qətiyyətlə pisləyib və bunu xalqımızın inanclarına və dini görüşlərinə qarşı yönələn hal kimi qiymətləndirib. İdarə Heyəti üzvləri kommunist-ateist düşüncənin qalığı olan bu cür yanaşmaların İlahi və cəmiyyət qanunlarına zidd olduğunu bildirməklə Qafqaz Müsəlmanlar İdarəsini məsələyə ciddi qiymət verməyə və hakimiyyəti belə hərəkətlərdən çəkindirmək üçün səy göstərməyə çağırıb. Müzakirə iştirakçıları bu ildən etibarən ali məktəb sistemində təhsil haqlarının ifrat dərəcədə artırılması faktına münasibət bildirərək bu faktın ortaya gəlmə səbəbini vahid və mükəmməl təhsil konsepsiyasının olmaması kimi dəyərləndirib və hakimiyyəti rüşvət və korrupsiyaya yol açan, eyni zamanda əhalinin əksər təbəqəsinın mənafeyinə zidd olan bu siyasətin təcili aradan qaldırmasına çağırıb. ADP İH üzvləri gənc fəallar Adnan Hacızadə və Emin Millinin məhkəməsinin başlanması ilə əlaqədar bir daha bu məsələyə diqqəti yönəldərək, iqtidarı məhkəmə prosesini şəffaf, ədalətli və obyektiv keçirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA