BAXCP sərhədlərin açılmasına etiraz əlaməti olaraq Türkiyə səfirliyi qarzısında aksiya keçirəcək

img

05-09-2009 [03:23]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə BAXCP-dən daxil olub. Verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkilərinə hazırlıq və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri müzakirə olunub. Ali Məclis Türkiyənin bu addımını Azərbaycanın maraqlarına zidd olduğunu əsas gətirərək, buna etiraz edəcəklərini qərarlaşdırıb. Belə ki, Ali Məclis üzvləri hesab edir ki, Türkiyə altı həftə ərzində sərhədlərin açılması qərarını verməyi düşünür. Bu səbəbdən də qarşıdakı həftə ərzində Türkiyənin Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirmək planlaşdırılıb. Qeyd edək ki, BAXCP Ali Məclisi artıq aksiyalar keçirmək barədə ilkin qərarı verib. Aksiyaların nə zaman və hansı qaydada keçirilməsi barədə yekun qərar bazar ertəsi İdarə Heyətinin toplantısında veriləcək. BAXCP sədirnin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, etiraz aksiyalarının kütləviliyinin təmin olunması istiqamətində müvafiq iş aparılacaq: ?Bildiyiniz kimi Türkiyədə Ərdoğan hoküməti 6 həftdən sonra Ermənistanla sərhədlərin açılması ilə bağlı qərar verməyə hazırlaşır. Əgər Türkiyə sərhədləri açılmasına qərar verərsə, bu tarixdə qardaş ölkə rəhbərliyinin Azərbaycan türklərinə xəyanəti kimi qalacaq. Bu günə kimi Türkiyə rəsmiləri bəyan edirdilər ki, Ermənistanla sərhədi bu ölkəninin işğalçı ordusunun Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi üçün bağlanıb. Məgər indi Azərbaycan torpaqlar işğaldan azad olunub və 1 miyon məcburi köçkün doğma torpaqlarına qayıdıb ki, Türkiyə sərhədləri açır. Baş nazir Ərdoğan Bakı səfərində Milli Məclisdə deputatlar qarşısnda söz verdi ki, Qarabağ azad olunmayana kimi Ermənistanla sərhdələr açılmayacaq. İndi belə çıxır ki, Ərdoğan verdiyi sözün üstündə durmur və o, güvənilən dövlət adamı deyil. AKP səhv siyasət aparır. BAXCP də aksiyalar təşkil etməklə bu siyasətə öz etirazını bildirəcək. Bizim nəzərdə tutduğumuz aksiya sırf Ərdoğan hökümətinə qarşıdır, türk xalqına yox. İnanırıq ki, Türkiyənin də siyasi qüvvələri bu xəyanətkar siyastə yox deyərək Ərdoğan hökümətini yanlış qərar verməkdən çəkindirəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA