Birləzmiz müxalifət liderləri Seçki Məcəlləsinə əlavə və dəyiziklikləri müzakirə etdilər

img

08-09-2009 [07:22]


Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderləri Ümid Partiyasının qərargahında bir araya gəliblər. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə verib. Onun sözlərinə görə, liderlər hərəkatın yaxın müddət ərzindəki fəaliyyət planını müzakirə ediblər: ?Bugünkü iclasda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olundu. Partiya sədrləri də əlavə təkliflərini tam şəkildə formalaşdıraraq, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin son variantını hazırladı. Bu həftənin beşinci günü ATƏT-in və Avropa Birliyinin nümayəndələri ilə hərəkata daxil olan partiya sədrlərinin görüşü olacaq. Görüşdə bizim təkliflərimiz onalara təqdim olunacaq. Şənbə günü isə Avropa Şurasının yerli bələdiyyələrlə iş üzrə komissarlığının rəhbəri Bakıda olacaq, o da müxalifət partiyalarının rəhbərləri ilə görüşəcək. Növbəti həftə üçün isə həm bələdiyyələrin statusu, həm digər qanunlara əlavə və dəyişikliklər üzərində işləmək üçün işçi qrupuna tapşırıqlar verildi. O cümlədən Bakının işğaldan azad olunmasının 91 illiyi ilə bağlı sentyabrın 15-də Şəhidlər Xiyabanında partiyaların ümumi tədbiri keçiriləcək?. Seçkilərdə birgə iştirakla bağlı hərəkat liderlərinin son qərarı verib-vermədiyinə gəlincə, İqbal bəy ?Biz hazırda bu məsələni müzakirə edirik. Hələlik MSK ilə aydınlaşdıracağımız məsələlər var. Aydınlaşma olandan sonra qərar veriləcək. Amma partiyalarda bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir. Hesab edirəm ki, yaxın zamanlarda bu məsələ müzakirə olunub qərar veriləcək?- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA