DUi icazəsiz aksiyalara bazlaya bilər

img

08-09-2009 [05:35]


Xəbər verdiyimiz kimi, Demokratiya Uğrunda İttifaq (DUİ) Madrid prinsiplərinə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz əlaməti olaraq sentyabrın 24-də aksiya keçirməyi qərarlaşdırıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc hazırda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırladıqlarını bildirib. Onun sözlərinə görə, bu həftə ərzində müraciət icra hakimiyyətinə təqdim olunacaq. BŞİH-dən ?yox? cavabı veriləcəyi təqdirdə hansı addımların atılacağına gəlincə, Ə.Oruc istənilən şəraitdə aksiyalarını reallaşdıracaqlarını vurğulayıb: ?Bizim tələblərimiz Azərbaycanın milli maraqlarına tamamiylə uyğundur. Bakı Şəhər İcra Hakimiyyətinin də aksiyaya icazə verməməsinə hər hansı bir əsas yoxdur. Əgər icazə verilməsə, icazəsiz aksiyalar keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA