DUi mitinq keçirməkdə israrlıdır

img

29-08-2009 [04:34]


Məlum olduğu kimi, Demokratiya Uğrunda İttifaqın (DUİ) keçirdiyi Qarabağ forumunda yaradılan işçi qrupu Qarabağ məsələsi ilə bağlı tədbirlər planı hazırlayır. Tədbirlər planına kütləvi etiraz aksiyaları da daxildir. Hazırda işçi qrupunun nümayəndəsi Azadlıq Partiyasının sədri Əhməd Oruc kütləvi etiraz aksiyalarının keçirilməsi üçün müxalifət partiyaları ilə danışıqlar aparır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ə.Orucun sözlərinə görə, artıq bir neçə partiya ilə danışıqlar aparıblar. Onun fikrincə, Madrid prinsipləri ilə bağlı əksər müxalifət partiyalarının mövqeyi eynidir: ?Bütün partiyalar Madrid prinsiplərinin Azərbaycanın maraqlarına zidd olduğunu düşünür və buna etirazı vacib sayırlar. Amma mitinq məsələsində fərqli düşünənlər də var. Belə ki, bəziləri indiki məqamda kütləvi etiraz aksiyalarının keçirilməsini məqbul saymır. Onlar əsasən hakimiyyətin aksiyalara münasibətini və cəmiyyətin passiv olmasını əsas gətirirlər?. Müsahibimiz onu da nəzərə çatdırıb ki, bütün bunlara baxmayaraq, Demokratiya Uğrunda İttifaq Madrid prinsiplərinə etiraz əlaməti olaraq, keçirilməsi planlşdırılan aksiya mütləq reallaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA