Əli Əhmədov: ?Bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası hazırdır?

img

07-09-2009 [11:53]


Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı konsepsiyasını hazırlayıb. YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov bildiriib ki, YAP dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ?Azərbaycan bələdiyylərinin xalqa xidmətinin səviyyəsini və keyfiyyətini yaxşılaşdıraq? şüarı ilə gedir. Ə.Əhmədov YAP-ın rəsmi saytına açıqlamasında onu da qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası da hazırlanıbr: ?Bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına seçkilər olduğuna görə, əsas ağırlıq təbii ki, yeri təşkilatların üzərinə düşəcəkdir. Buna görə də YAP-ın Azərbaycanın bütün rayonlarında olan qurumları bələdiyyələrə seçkilərlə bağlı hazırlığa başlamışlar. Bəzi yerlərdə artıq seçki qərargahları yaradılmışdır və bizim müəyyənləşdirdiyimiz konsepsiyanın həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA