islamçı demokratlar həzrəti Fatimə məscidinin sökülməsinə qarzı çıxdılar

img

03-09-2009 [01:33]


Günəşlidəki Həzrəti Fatimə ə.s. məscidinin sökülməsi ilə bağlı Suraxanı İcra Hakimiyyətinin iddiasının təmin edilməsi dindarların ciddi etirazına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı bildirib ki, Bakıda Həzrəti Məhəmməd, Mingəçevirdə isə Həzrəti Əli məscidlərinin sökülməsi azmış kimi indi də Həzrəti Fatimə məscidinin sökülməsi barədə qərar çıxarılıb: ?Bu xəbər dindarlari bir daha şoka saldi. Hesab edirəm ki, bu sürətlə yaxın gələcəkdə imam Həsən ə.s və imam Huseyin ə.s məscidlərini sökülməsi xəbərini də eşidəcəyik?. T.Abbaslı deyib ki, bu əməllər xalqın mənəviyyatını korlamaq məqsədi daşıyır: ?Məscidlərin sökülməsi fonunda əyləncə mərkəzlərinin sayının artırılması ayrı hansı məqsədi daşıya bilər ki? Görünür, kimlərsə Azərbaycanı Honq-Konqa çevirmək niyyətindədir?. AİDP sədri bu məsələdə hakimiyyətin tutduğu mövqeni də tənqid edib: ?Hesab edirəm ki, bu mövqe yetərincə yanlış və təhlukəlidir. Onlar elə hesab edirlər ki, sirlərinin üstü açılmayacaq. Xəyal edirlər ki, məscidləri sökməklə, yerində haram yolla qazanılmış pullar vasitəsi ilə otellər, çox mərtəbəli binalar, əyləncə mərkəzləri, şadlıq sarayları tikməklə, düşmənlərə qələbə çalacaqlar. Allah hakimiyyətə hər şeyi qıysa da, onlar Allaha məsiddləri çox görürlər. Cəmiyyətimizin mənəviyyatına bu cur sarcıdıcı zərbə vurmaqla qlobal problemləri həll etmək, müharibəni udmaq olmaz. Məccidlərin cəmiyyətlərin həyatında nə kimi böyük rolu olduğunu Allah, onun peyğəmbəri, Quran tapşırıb. Amma biz bunu hələ də dərk edə bilmirik?. T.Abbaslı bu prosesdə xarici qüvvələrin əlinin olduğuna işarə edərək, konkret misal çəkib: ?Bir neçə gün öncə, Macarıstanın DUNA-2 televizyasında Azərbaycan haqqında klip verirdilər. Xalqımız çal-çağrla təqdim edildiyi halda qəflətən yəhudi məbədgahı göstərildi. İsrail hərifləri ilə yazılmış şüar və sineqoqlar eləcədə ibadətə gəlmiş insanlar bir neçə dəqiqə nümayiş olundu. Amma həmin klipdə müsəlman xalqına xas olan məscid və ibadət məqamları göstərilmədi. Görünür bu da böyük planın tərkib hissəsidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA