Rəbiyyət Aslanova: "Hər hansı hesabatlar, hansısa qərəzli məlumatlar bizi öz yolumuzdan döndərə bilməz"

img

09-09-2009 [01:39]


??Freedom House?, ?Amnesty İnternational? təşkilatları, eləcə də bu qəbildən olan digər beynəlxalq təşkilatların qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Hətta iş o yerə çatıb ki, həmin təşkilatlar cinayət törətmiş, törətdiyi cinayətə görə qanunla həbs olunmuş şəxsləri belə müdafiə etməkdən çəkinmirlər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri məllət vəkili Rəbiyyət Aslanova YAP-ın rəsmi saytına ?Freedom House?, ?Amnesty İnternational? təşkilatlarının hesabatlarına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, uzun müddət aparılan danışıqlar nəticə verməyib və bu gün işğal faktı davam etməkdədir. Belə olan halda, işğalçı Ermənistan dövlətinə qarşı heç bir cəza tədbiri görməyən, işğal əməlindən geri çəkindirməyən bu təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmağa böyük əsaslarımız var. Cəmiyyətimiz bu tip yalan, böhtan məlumatların nəyə xidmət etdiyini çox gözəl dərk edir. Biz öz yolumuzu gedirik. Çox gözəl bilirik ki, hər hansı hesabatlar, hansısa qərəzli məlumatlar bizi öz yolumuzdan döndərə bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA