Nardaranlılar ABŞ səfirliyinin binası qarzısında etiraz aksiyası keçirəcək

img

04-09-2009 [03:30]


Bu gün Azərbaycan Media Mərkəzində Nardaran qəsəbə sakinlərinin nümayəndəsi Rasim Əlizadə Amerikanın ölkəmizdəki keçmiş səfiri Stenli Eskuderonun dənizlə qovuşan Səfixanı adlı 30 hektarlıq ərazini zəbt etmək istəyi ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Rasim Əlizadə bildirib ki, məsələylə bağlı etiraz aksiyasının keçirilməsi də nəzərdə tutulub və aksiyanın keçirilməsi üçün aidiyyati icra orqanlarına müraciət ünvanlanmışdı: ?Rəsmi müraciətimizə cavab almadığımıza görə, hər hansı qarşıdurmaya, insidentə yol verilməməsi üçün etiraz aksiyasını təxirə salaraq, onu mətbuat konfransı ilə əvəzləməli olduq. Bizim əsas mübarizəmiz Nardaran qəsəbəsində - Səfixanı deyilən ərazidə yerləşən 30 hektarlıq torpaq sahəsinin Sabunçu rayon Məhkəməsinin ədalətsiz qərarı ilə Cəbralıyov Salman Ağakişi oğlunun mülkiyyətinə verilməsinə qarşıdır. Həmin qərar əsasında Cəbralıyov Salman Ağakişi oğlu dediym ərazini Amerikanın ölkəmizdəki keçmiş səfiri Stenli Eskuderonun gəlininə vəsiyyətnamə yolu ilə verib. Haqq-ədalət bərpa olunmayana, mövcud qanunsuz qətnamə ləğv edilməyənə qədər biz tutduğumuz yoldan geri çəkilməyəcəyik?. R.Əlizadə onu da bildirib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əsas iddianı qəbul edərək, həmin qətnamənin çıxarılmasına icazə verib: ?Bu gün Nardaranda yaranmış problemlərin kökündə Ali Məhkəmənin sədri Ramiz Rzayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Sabunçu rayon İcra Hakimiyyəti və eyni zamanda Maştağa qəsəbəsinin keçmiş bələdiyyə sədri durur?. R.Əlizadə həm də deyib ki, polisin mülki məsələyə müdaxiləsi qadağan edilməlidir: ?ABŞ səfirliyi birmənalı olaraq keçmiş səfirin bugünkü hərəkətinə münasibət bildirməlidir. Bu nöqteyi-nəzərdən sentyabrın 18-də ABŞ səfirliyi qarşısında piket keçirməyi planlaşdırırıq. Piket zamanı ABŞ-ın prezidenti Barak Obamaya müraciət məktubu göndəriləcək. Bununla bağlı yenə də aidiyyatı icra orqanlarına rəsmi şəkildə müraciət ediləcək. İctimai asayişin pozulmaması üçün aksiya iştirakçılarının sayı az olacaq. Bizim əsas məqsədimiz səs-küy yaratmaq deyil, qanunsuzluq və özbaşınalığa son qoyulmasıdır. Hüquqlarımız tapdalanacağı təqdirdə, etiraz aksiyalarımızı davam etdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA