ümid rəhbərliyi bələdiyyə seçkiləri ilə bağlı regionlarda görüzlər keçirir

img

31-08-2009 [05:55]


Ümid Partiyası Bələdiyyə seçkilərinə hazırlığını yekunlaşdırmaq məqsədilə namizədliyi irəli sürülmüş partiya üzvləri ilə görüşlərini davam etdirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, avqustun 26-dan 30-dək Şamaxı, Ağsu, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Bərdə, Tərtər, Ağcabədi, Ucar, Zərdab, Yevlax və Gəncəbasarda namizədlərlə görüşlər keçirilib. Bələdiyyə seçkilərində ilk dəfədir ki, partiya kimi iştiraka hazırlaşdıqlarını qeyd edən Ümid partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli görüşlərin yüksək səviyyədə keçdiyini və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirdi. O, eyni zamanda namizədlərin seçkidə qalib olacaqlarına, yerli problemlərin həllinə sahib çıxacaqlarına və seçicilərin etimadını qazanacaqlarına əminliyini ifadə etdi. Bu gündən etibarən cənub bölgəsində də görüşlərə başlandığını qeyd edən N.Məmmədli, indiyədək görülən işləri qənaətbəxş hesab etsə də, görüşlərin və hazırlıqların bundan sonra da davam etdiriləcəyini söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA