Misir Mərdanov ?Təhsil haqqında? Qanuna münasibət bildirib

img

08-09-2009 [04:05]


?Təhsil haqqında? Qanunun icrası ilə bağlı cənab prezidentimizin fərmanı var. Əlbəttə onu burada izah etmək qeyri-mümkündür. Elə səlahiyyətlər var ki, cənab prezidentin özünə aiddir, elə səlahiyyətlər var ki, Azərbaycan hökumətinin Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə, eyni zamanda Tələbə Qəbulu Dövlət Komissiyasına tapşırılıb. Yəqin ki, bu adıçəkilən qanun icrası ilə bağlı müvafiq qurumlar geniş şərh verəcəklər. Hökumət tapşırılıb ki, qısa zamanda ölkə başçısının sərəncamından çıxan məsələləri araşdırsın və qısa müddətdə cənab prezidentə məlumat verilsin?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Təhsil naziri Misir Mərdanov qəbul olunan ?Təhsil haqqında? Qanununa münasibət bildirərkən deyib: ?Bu, uzun müddətdən sonra qəbul edilmiş qanundur. Ona görə də hər bir qurum verilmiş səlahiyyətlər daxilində həyata keçirmək üçün zərflər planı hazırlayacaq. Müəllimlərin yaş səviyyəsinin müəyyənləşdirilməsi məsələsi isə hökumətə tapşırılıb. Onlar da öz növbəsində bu məsələ ilə bağlı qərar qəbul edəcəklər. Dünyanın müxtəlif ölkələrində bu barədə çoxdan qərarlar və şərtlər var. Çox güman ki, onlar əsaslanıb Azərbaycan özüçün meyar müəyyənləşdirəcək və həmin meyara əsasən prezidentin sərəncamına uyğun öz tədbirlərini görəcəkdir?. Təhsil naziri onu da bildirib ki, müəllimlərin əmək haqqlarının qaldırılması hər an gündəlikdə olan məsələdir: ?Belə ki, son illərdə müəllimlərin əməkhaqqları 43 manatdan 268 manata qədər artırılıb. Yəqin ki, artımın yenidən olması mümkündür?. M.Mərdanovun sözlərinə görə, bu il uşaqlar 6 yaşdan məktəblərə gedəcəklər: ?Qanunda bu bənd belədir ki, 5 yaşlıları bağçadan məktəbə getməsi zəruridir. Yəni son bir yaşı uşaq bağçada olsa yaxşıdır. Bundan əlavə, köhnədən qalan aspirantlar yeni qanunda doktoranturanın birinci pilləsində hesab ediləcəklər. Bu uzun müddət müzakirə edilib. Doktorantura iki pillədən ibarət olacaq. Yəni birinci pillə aspirantura, ikinci isə doktoranturaya uyğundur?. Müəllimlərin vahid forma tətbiq ediləcəyinə gəlincə, cənab nazir bunun gündəlikdə olmadığını nəzərə çatdırıb. Onun qənaətinə görə, insanların hamısını çərçivəyə salmaq qeyri-mümkündür. Təbii ki, müəllim müəllim kimi geyinməlidir: ?Müəllim sərbəst insandır. Lakin o, elə forma geyməlidir ki, ona hörmət edilsin. Müəllim cəmiyyətin tələbatına uyğun geyimdə olmalıdır. Onu da nəzərinzə çatdırım ki, bizim saytda ayın 5-dən müəllimlərin işə qəbul edilməsi artıq başa çatdı. Bizim sayta 2000 nəfər müraciət edib. Bunlardan 1044-ü sənədlərlə təsdiq edilib. Bir həftəyə 1044 nəfər müəllimdən uazaq başı 10 nəfərinə cavab veriləcək. Bir yerə bir nəfər səneəd verən müəllimin sənədlərini qəbul edərək məsələni həll edəcəyik. Amma bir yerə 10, hətta 20 nəfər verən müəllimlərə görə şəxsən mənim iştirakımla ikinci bir mərhələ keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA