Müsavatçı gənclərə qarzı təzyiqlər davam edir

img

26-08-2009 [02:53]


Dünən Müsavat Gənclər Təşkilatının ?youtube? internet portalındakı səhifəsi istifadəsiz hala salınıb. Verilən iki xəbərdarlıqdan sonra sentyabırın 8-nə qədər vaxt verilib, əks halda səhifənin bağlanması bildirilir. Əsasən müsavatçı gənclərin yerləşdirdiyi iki video-rolikə görə xəbərdarlıq edilib. Birinci video-rolikdə Xocalıda erməni vəhşilikləri əks olunub. İkinci video-rolikdə isə müəllimin şagirdi sinifdə döyməsi göstərilib. Birinci video-rolikdə ermənilərin vəhşlikləri, ikincidə isə təhsil sistemimizdə baş verən özbaşnalıq, müəllim-şagird münasibətləri görüntüyə alınıb. Müstəqil İnformasiya Agentliyinin çəbərinə görə, bu iki video-rolikə görə xəbərdarlıq edilməsi, hədə-qorxu, təhdid, təhqir dolu məktublar göndərilməsi müsavatcı gənclərdə narahatlıq yaradıb. Müsavat Gənclər Təşkilatı virtual arenada özünə olunan bu hucumları ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir və bütün yaradılan problemlərə baxmayaraq, bu sahədə fəaliyyətini daha gücləndirəcək və yeni sürprizlər hazırlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA