iqbal Ağazadə MDi-nin rəhbəri cənab Aryen de Volfu qəbul edib

img

18-08-2009 [06:58]


Bu gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın sədri millət vəkili İqbal Ağazadə ABŞ-ın Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun respublikamızdakı təmsilçisi cənab Aryen de Volfu qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki içtimai-siyasi vəziyyət müzakirə olunub, Ümid Partiyasının proseslərə baxışı və yanaşması ətrafında fikir mübadiləsi aparılıb. Ümid Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı barədə qonağa ətraflı məlumat verən İqbal Ağazadə 2010- cu ildə keçiriləcək parlament seçkilərinə müxalifətin geniş koalisiyası çərçivəsində qatılmağı planlaşdırdıqlarını və bununla bağlı Qarabağ və Respublika Uğrunda Hərakatda təmsil olunan partiyalar arasında ilkin razılığın olduğunu da cənab Aryen de Volfun nəzərinə çatdırıb. Cənab Aryen de Volf həmçinin siyasi partiyalar haqında qanuna gözlənilən dəyişikliklərlə və əhalinin siyasi partiyalara münasibəti ilə də maraqlandığını bildirib. İqbal Ağazadə siyasi partiyalar haqında qanuna əlavə və dəyişikliklərlə bağlı hər hansı bir sənədin bu günə qədər Milli Məclisə təqdim olunmadığını bildirərək qeyd edib ki, əhalinin siyasi partiyalara qarşı münasibəti müsbətdir yeganə problem isə hakimiyyətin yaratdığı süni maneələrdir. Sonda ABŞ-ın Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu ilə Ümid Partiyası arasında gəlcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Cənab Aryen de Volfda Ümid Partiyası ilə əməkdaşlığın faydalı olacağı qənaitində olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA