?Korrupsiya və məmur özbazınalığı ölkədəki vəziyyəti dözülməz həddə çatdırıb?

img

24-08-2009 [05:25]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının gündəliyi qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiyadaxili məsələ bölümündə Neftçala rayon təşkilatında keçirilmiş hesabat-seçki konfransı haqqında məlumat verilib. Göyçay rayon təşkilatında keçirilməsi nəzərdə tutulan hesabat-seçki konfransı barədə müzakirə aparılıb və müvafiq qərarlar qəbul edilib. ?Seçki Məcəlləsinə? və ?Bələdiyyələr haqqında? Qanuna əlavə və düzəlişlər haqqında təkliflərin hazırlanması məqsədilə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı nəzdində yaradılmış işçi qrupunun fəaliyyəti haqqında məlumat verilib və bu yöndə fikir mübadiləsi aparılıb. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədə korrupsiya və məmur özbaşınalığı haqqında ciddi müzakirələr aparılıb. Qeyd olunub ki, vəziyyət dözülməz həddə çatıb. Qərara alınıb ki, ayrılıqda hər bir insanın həyatına, eyni zamanda Azərbaycanın maraqlarına və inkişafına ciddi neqativ təsir edən bu məsələ haqqında Müsavat Partiyasının mövqeyini əks etdirən ətraflı sənəd hazırlansın.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA