ilyas ismayılov oğlunun məhkəməsində iztirak etmək istəməyib

img

27-08-2009 [01:37]


?Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov oğlu Etimad İsmayılovun məhkəməsində iştirak etməyəcək. Buna səbəb Etimad İsmayılovla bağlı məhkəmə prosesinin obyektiv aparılmamasıdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu gün Çelyabinskin Mərkəzi rayon Məhkəməsində Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesinin keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Etimad İsmayılovun da məhkəmədə öz hüquqlarını qorumaq imkanı yoxdur: ? Onu ümumiyyətlə, məhkəmə prosesinə buraxmırlar. Məhkəməni özləri qururlar və məhkəmə istintaqı necə lazımdırsa, o cür də aparılır. Yəni bu, sırf hüquqi bir araşdırma deyil. Hesab edirik ki, Etimad İsmayılovun işinin arxasında siyasi maraq durur. Bu məsələ nə Rusiya Konstitusiya və qanunları ilə araşdırılır, nə də beynəlxalq qanunvericiliklə. Etimad İsmayılovun vəkili var. Onun vəkili olan Vladimir Boqonolov vaxtilə Azərbaycanda işləyib, amma hazırda Rusiyada yaşayır. Buna baxmayaraq, məhkəmədən ədalətli qərar gözləmirik?. M.Rəhimli bildirib ki, E.İsmayılovun məsələsiylə bağlı bir müddət əvvəl Rusiya səfirliyinə, müvafiq dövlət rəsmilərinə də müraciət edilib: ?Təəssüflər olsun ki, müraciətlərimizə adekvat cavab verilməyib. Ona görə də, biz, Etimad İsmayılovun hüquqlarının müdafiəsi məqsədi ilə Rusiya səfirliyi qarşısında piket keçirməyə cəhd göstərdik. Hətta bununla bağlı iki dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Lakin burada da müraciətlərimizə heç bir cavab verilmədi. Hələlik prosesin sonunu gözləyirik. Hesab edirik ki, piket keçirməyimiz üçün kifayət qədər əsaslarımız var. Bir il idi ki, məhkəmə təxirə salınmışdı, indi yenidən başlayıb. Hesab edirik ki, onun azadlığa çıxması yalnız siyasi qərarla ola bilər. Çalışacayıq ki, buna uyğun müvafiq addımlarımızı ataq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA