Əli Əliyev bələdiyyə seçkilərinin boykot edilməsi məsələsinə aydınlıq gətirdi

img

13-08-2009 [04:32]


?Mən bələdiyyə seçkilərinin boykot edələcəyi ilə bağlı hər hansı bir mövqe bildirməmişəm. Sadəcə, bəzi qəzetlər mənim fikirlərimi kontekstdən çıxararaq, belə təqdim edib. Yaş həddimiz də elə deyil ki, durub özümüzü təmizə çıxartmaq üçün hansısa informasiyaya münasibət bildirək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bələdiyyə seçkilərinin boykot edilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. Qeyd edək ki, mətbuatın yazdığına görə, Ə.Əliyev deyib ki, Qarabağ və Respublika Uğrunda Hərəkatında bələdiyyə seçkilərinin boykot edilməsi ilə bağlı fikir var. VİP sədri isə MİA-ya açıqlamasında qeyd edib ki, onun fikirləri kontekstdən çıxarılıb: ?Mən demişəm ki, təmsil olunduğumuz Vətəndaş Hərəkatının, o cümlədən mənim rəhbərlik etdiyim partiyanın seçkilərdə nə iştirak, nə də iştirak etməmək barədə qərarı mövcud deyil. Jurnalist sual verib ki, nəzəri cəhətdən boykot qərarı mümkün ola bilərmi. Mən də cavab vermişəm ki, nə qədər ki, yekun qərar qəbul olunmayıb, bütün potensial qərarların yaşamaq haqqı var. Bizim sadəcə, siyasi qərarımız var, hüquqi qərar isə yoxdur. Mən bildiyimə görə bizim müttəfiqlərin ali orqanları belə bir qərar verməyib. Bizim partiyanın nizamnaməsinə görə, istənilən hüquqi qərar Məclisimiz tərəfindən qəbul olunur. Məclis isə sentyabrın əvvəllərində çağırılacaq. Bu qərardan sonra hər hansı bir mövqeyə istinad etmək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA