ümid Partiyası sentyabrın 1-də bələdiyyə üzvlüyünə namizədlərin siyahısını açıqlayacaq

img

15-08-2009 [04:30]


Bu gün Ümid Partiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclas zamanı əsas olaraq partiyanın son bir ay ərzindəki fəaliyyətinə qiymət verilib və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub. Ümid Partiyasının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda çıxış edən partiyanın sədri, millət vəkili İqbal Ağazadə partiyanın bələdiyyə seçkilərinə hazırlığını yüksək qiymətləndirsə də, işin daha da sürətli və effektiv təşkil olunması üçün yeni tapşırıq və təlimatlarını RH üzvlərinin diqqətinə çatdırıb. Məlumatda deyilir: ?İqbal Ağazadə Ümid Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər partiyalarla birgə iştirak edəcəyinə xüsusi diqqət ayırmaqla yanaşı, onu da vurğulayıb ki, Ümid Partiyası bu müttəfiqlik çərçivəsində üzərinə düşən bütün öhdəliklərə tam olaraq əməl edəcək?. Məlumatda o da qeyd olunur ki, Ümid Partiyasının RH-nin iclası zamanı partiyanın 2009-cu il bələdiyyə seçkilərində iştirak edəcək bütün namizədlərinin tam siyahısı sentyabr ayının 1-nə qədər yekunlaşdırılması barədəd də qərar verilib. Xatırladaq ki, bələdiyyə seçkilərində Ümid Partiyası təkbaşına olaraq 10 min namizədlə iştirak edəcəyini hələ bir müddət əvvəldən bəyan etmişdi. ?Ümid?in seçkilərə Hərəkata daxil olan müttəfiq təşkilatlarla qatılması səbəbindən bu namizədlərin sayının bir qədər azaldılması da ÜP RH-nin son iclasında qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA