Müsavat hakimiyyəti insanların hüquqularını pozmamağa çağırır

img

10-08-2009 [05:51]


Məlum olduğu kimi, 05 avqust 2009-cu il tarixində Hökməli qəsəbəsində evlərinin sökülməsinə etiraz edən yerli sakinlərlə polislər və ?Binəqədi Oyl? Neft Şirkətinin əməkdaşları arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub və 3 nəfər kənd sakini həbs olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası baş verənlərlə bağlı bəyanat yayıb. Müsavat hesab edir ki, bütün baş verənlərin məsuliyyəti birbaşa ölkə rəhbərliyinin üzərinə düşür: ?Neçə illərdir ki, davam edən bu özbaşınalığa heç bir reaksiya verilmir, əksinə rüşvətxor məmurların sadə insanların iztirabı və pulları hesabına varlanmasına şərait yaradılır. Buna etiraz edən insanlara qarşı güc tətbiq edilir, repressiyaya məruz qoyulur. Məsələ hətta o yerə çatıb ki, iqtidar yaranmış vəziyyətin ictimaiyyət tərəfindən öyrənilməsinə və araşdırılmasına da imkan vermir. 09 avqust 2009-cu il tarixində məsələni araşdırmaq üçün Hökməli kəndinə ezam edilmiş Müsavat Partiyası Məclisinin katibi, Milli Məclisin deputat köməkçisi Tofiq Yaqublu qəsəbənin ərazisində qanunsuz olaraq tutularaq 40-cı polis bölməsinə gətirilmiş, yalnız bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bu fakt bir daha sübut edir ki, hakimiyyət yaranmış vəziyyətdə özünün günahkar olduğunu bilir, lakin bunun ictimailəşməməsi üçün qanunsuz addımlar atır?. Müsavat partiyası vətəndaşların evlərinin qanunsuz olaraq sökülməsini qətiyyətlə pisləyir və hakimiyyəti öz məsuliyyətini dərk edərək, həmin insanların hüquqularını pozmamağa, bu işdə günahı olan müvafiq struktur və vəzifəli şəxslər haqqında ciddi tədbirlər görməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA