Aydın Mirzəzadə Metyu Brayzanın bəyanatını müsbət qiymətləndirib

img

08-08-2009 [12:42]


?ATƏT-in Mins qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycanın 7 rayonunun qaytarılması ilə bağlı Ermənistanda verdiyi bəyanat işğalçı dövlət üçün bir mesajdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə YAP-ın saytına açiqlamasında qeyd edib ki, amerikalı həmsədrin bu bəyanatı olduqca ciddidir. Xüsusilə, bəyanatın Ermənistanda səsləndirilməsinin əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, hazırda danışıqlar prosesində ciddi irəliləyişlər var. Son proseslər Dağlıq Qarabağ probleminin mərhələli yolla həlli ediləcəyini göstərir ki, bu da Azərbaycanın maraqlarına uyğundur. A.Mirzəzadə Türkiyəyə səfəri zamanı Rusiyanın baş naziri Vladimir Putinin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar verdiyi bəyanatı yüksək dəyərləndirib. Onun fikrincə, bu cür bəyanatlar münaqişənin həllinin çox da uzaqda olmadığı qənaəti yaradır. ?Azərbaycan Prezidenti İlham Əliyev bu münaqişənin həlli ilə bağlı ölkəmizin birmənalı mövqeyini dəfərlərlə vurğulayıb. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və balanslaşdırılmış xarici siyasət Azərbaycanın maraqlarına uyğun olaraq öz nəticəsini verməkdədir. Proseslər onu göstərir ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzuqda deyil? deyə komitə sədrinin müavini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA