Arif Hacılı: ?Hakimiyyət bu siyasəti ilə demokratik gənclikdən çəkindiyini göstərir?

img

06-08-2009 [04:12]


?Son dövrlər gənc fəalları təzyiqlərlə üzləşməsi, həbs olunması hakimiyyəti anti-demokratik siyasət yürütdüyünü göstərir. Çünki bu gənclər hər yerdə öz sözlərini, demokratik fikirlərini açıq şəkildə bildirirlər. Onların xüsusiylə də İnternet məkanında geniş təbliğat aparmaları hakimiyyət narahat edir. Bu həbslər də hakimiyyətin demokratik gənjlikdən çəkindiyini göstərir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, hakimiyyət gənclərə bu cür təzyiqlər etməklə onların mübarizə əzmini qırmaq istəyir və növbəti dəfə digərlərini aktiv fəaliyyət göstərməsinin qarşısını bu yolla almağa cəhd edir. A.Hacılı ?Hədəf? Gənclər Koalisiyasının sədri sədri Ağasif Şakiroğlunun həbsi ilə bağlı Hərbi Komissarlığın qarşısına təyin olunan aksiyanın təxirə salındığını bildirib. Onun sözlərinə görə, A.Şakiroğlu azadlığa buraxıldığı üçün bu akiyaya artıq ehtiyac yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA