"Hədəf" Gənclər Koalisiyasının sədri məhkəmədən birbaza hərbi xidmətə göndərildi

img

06-08-2009 [06:50]


Müsavat Partiyasının Gənclər Təşkilatının üzvü, "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu məhkəmədən birbaşa hərbi xidmətə göndərilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Arif bəy onu da nəzərə çatdırıb ki, A.Şakiroğlu saat 16.00 radələrində həbsdən azad edilib və prokurorluq işçilərinin müşayiəti ilə Nərimanov rayon Hərbi Komissarlığına aparılıb. O, tibbi müayinədən keçib, Biləcəridə yerləşən hərbi hissəyə göndərilib və bu gündən etibarən hərbi xidmətə başlayıb. Qeyd edək ki, hərbi xidmətdən yayındığı üçün Nərimanov rayon Məhkəməsi A.Şakiroğlu barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Bakı Apellyasiya Məhkəməsi isə bu gün Nərimanov rayon Məhkəməsinin qərarını ləğv edib. Müsavat yetkilisi deyib ki, A.Şakiroğlunun bu şəkildə hərbi xidmətə aparılması təqdirə layiq hal deyil: ?Biz bilirik ki, Ağasif hərbi xidmətdən yayınan deyil. Sadəcə onun fəaliyyətinə görə belə bir oyun quruldu. Amma bütün bunların hakimiyyətin demokratik prinsiplərlə işləmədiyini göstərir. Hər halda biz Adnan Hacızadə ilə Emin Milli barəsində verilən həbs qətimkan tədbirinin də ləğv olunmasını istəyirik. Ən azından hakimiyyət bu yolla az da olsa, demokratiya nümayiş etdirə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA