iqbal Ağazadə Xarici izlər Nazirliyindən danızıqlar barədə məlumat verməsini tələb edir

img

04-08-2009 [06:48]


?Mənim ?Madrid prinsipləri? ilə bağlı mətbuatda oxuduğumdan başqa heç bir məlumatım yoxdur. Mətbuatdan oxuduğumu isə hələlik məsələyə münasibət bildirmək üçün yetərli saymıram. Mən Azərbaycanın Milli Məclisindən də, Xarici İşlər Nazirliyindən və səlahiyyətli qurumlardan tələb etmişəm ki, Qarabağla bağlı gedən danışıqlar barədə məlumat versinlər. Çox təəssüflər olsun ki, heç bir cavab yoxdur. Ona görə də məlumatım olmayan bir şeyə razıyam demək o qədər də məsuliyyətli səslənməz. Ola bilsin ki, Eldar İbrahimov məlumatlıdır, ona görə belə danışır. Amma mən indi də Xarici İşlər Nazirliyində danışıqların mahiyyəti barədə məlumat verməsini tələb edirəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə YAP-çı deputat Eldar İbrahimovun ?Madrid prinsipləri ilə razılaşmalıyıq? fikirlərinə münasibət bildirərkən deyib. YAP-çı deputatın münaqişəsinin Azərbaycanın maraqlarına ziddi şərtlərlə həll olunmasını məqbul saymasına gəlincə, İqbal bəy ?Hər bir siyasi təşkilatın öz yanaşması var. Yeni Azərbaycan Partiyası ?Madrid prinsipləri? çərçivəsində gedən danışıqları qəbul edib, siyəsətini bunun üzərində qurub danışıqlar aparır. Nəyə nail olunacaq, bunu indidən demək çətindir. YAP-ın özündə də çox aydın şəkildə bilirlər ki, ?Madrid prinsipləri? çərçivəsində danışıqlar baş tutmayacaq. Sadəcə, danışıqları pozan tərəf kimi görsənməmək naminə danışıqları davam etdirirlər. Amma hər kəsə aydındır ki, bu prinsiplərlə hətta tərəflərin biri razılaşsa belə, problemi həll etmək mümkün deyil. Qaldı onun Azərbaycanın maraqlarına uyğun olub-olmamasına, mən hesab edirəm ki, konfliktin ərazi bütövlüyü çərçivəsində həlli dövlətin mənafelərini özündə tam şəkildə əks etdirmir, çünki dövlət suverenliyi məsələsi var. ?Madrid prinsipləri?ndə isə konfliktin həllinin Azərbaycanın dövlət suverenliyi çərçivəsində həll olunması ilə bağlı bir kəlmə də yoxdur. Əksinə Azərbaycan dövlət suverenliyini poza bilən kifayət qədər müddəalar var. Referendum hissəsi də mahiyyət etibarı ilə beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Mövcud ?Madrid prisipləri? konfliktin hüquqi müstəvidə deyil, siyasi müstəvidə həllini diqtə edən şərtlər çərçivəsində aparılır. Bu isə mövcud şəraitdə Azərbaycanın marağına uyğun deyil. Bu gün siyasi şərtlər Azərbaycanın xeyrinə olmaya bilər, amma buna görə hüquq və maraqlarımızdan imtina etmiş kimi görünməməliyik?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA