"Payız sessiyasında Seçki Məcəlləsinə əlavə və dəyizikliklərin edilməsi gözlənilmir"

img

06-08-2009 [02:06]


"Milli Məclisin payız sessiyasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi gözlənilmir". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında deyib. B.Muradova bildirib ki, deputatlar tərəfindən bəzi təkliflər səsləndirilsə də, ortada hər hansı təkliflər paketi yoxdur. Ona görə də, bu haqda indidən konkret fikir söyləmək mümkün deyil. Milli Məclisin sədr müavini hesab edir ki, qüvvədə olan Seçki Məcəlləsi ilə şəffaf, demokratik seçkilər keçirmək tamamilə mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA