AiDP sədri Siyavuz Novruzovu yalançı qəhrəman adlandırıb

img

04-08-2009 [05:25]


YAP-çı millət vəkili Siyavuş Novruzovun din sahəsi ilə bağlı son günlər səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb. Xüsusilə də onun xaricdə dini təhsil alan insanlarla bağlı tutduğu mövqe narazılığa səbəb olub. Məsələ ilə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı dedi ki, S.Novruzov bu mövzuda bir neçə dəfə çıxış edib: ?Onun din sahəsi ilə bağlı açıqlamalarında tələsiklik, acılıq, tənə və hədə diqqəti cəlb edir. Onun dediklərindən belə çıxır ki, dindarlar naşı, savadsız və heç bir işə yaramayan təbəqədirlər, dovlətə və cəmiyyətə zərər verirlər. Siyavuş müəllim əvvəl Şeyxülislam haqqında, sonra nəzir qutularının və yas məclislərinin nəzarətə götürülməsini önə çəkdi. Ardınca da xaricdə dini savad alanları hədəfə götürdü. Hesab edirəm ki, xalqımızın başına gələn bəlaların bir səbəbi də bu cür ?qəhrəmanlıqlar? la bağlıdır. Bu ?qəhrəmanlıqları? nümayiş etdirənlər sonradan ictimai-siyasi səhnədən getsələr də gördükləri işlərin acısını xalq dadmalı olur?. Bu prosesdə millət vəkili İqbal Ağazadənin də canfəşanlıq göstərdiyini xatırladan T.Abbaslı bu işdə xarici qüvvələrin əli olduğunu ehtimal edir: ?Bəlkə də bu işdə Şimon Peresin barmağı var?. Xaricdə dini təhsil alanlara qarşı bu münasibəti mənfi hal kimi qiymətləndirən AİDP sədrinin fikrincə bu, onlara xain damğası vurmaq kimi bir şeydir: ?Qarabağ kimi ağrılı bir problemi olan ölkənin xaricdə dini təhsil alan gənclərimizlə belə davranması məntiqə sığmır. Təbii olaraq sual yaranır. Qarabağı müharibə yolu ilə azad etmək lazım gəlsə xaricdə dini təhsil alanları hədəf seçən bu ?qəhrəmanlar? öndə olacaqlarmı? Onlar şəhidlik məktəbi haqqında xalqa nə deyəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA