Zərdüzt Əlizadə: ?Azərbaycanın siyasətində NATO-ya üzvlük məsələsi gündəlikdə deyil?

img

04-08-2009 [04:12]


?Gürcüstan və Ukrayna NATO-ya üzv olması üçün öz daxilində olan problemləri həll etməlidir. Hər iki ölkəyə tapşırılıb ki, Rusiya ilə münasibətlərini normallaşdırsınlar. Çünki NATO istəmir ki, adıçəkilən dövlətlər yeni başağrısı mənbəyi olsunlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Zərdüşt Əlizadə Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına münasibət bildirərkən deyib: ?Yalnız yuxarıda qeyd etdiyim şərtlərdən sonra hər iki dövləti bu quruma üzv qəbul oluna bilər. NATO müdafiə təşkilatı olaraq, öz təhlükəsizliyini artırmaq istəyir. Heç kimə sirr deyil ki, dünyada birnömrəli dövlətlər Rusiya və Amerikadır. NATO da istəmir ki, Gürcüstan və Ukraynaya görə, Rusiya ilə münasibətini korlasın. Həmçinin, Rusiya adıçəkilən ölkələrin NATO-ya üzv edilməməsi üçün böyük təzyiqlər göstərir. Bundan əlavə, hər iki ölkənin daxilində çaxnaşma yaratdı. Ona görə də NATO bu məsələdə bir balaca ehtiyatlı davranır. Düzdür, Ukrayna və Gürcüstana yox da demirlər, sadəcə bildirirlər ki, bir qədər gözləyin?. Zərdüşt Əlizadə onu da bildirib ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi realdır: ?Sadəcə bu məsələnin reallaşmasına bir balaca zamana ehtiyac var. Azərbaycana gəlincə isə, bu məsələ Azərbaycanın siyasətində gündəlikdə durmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA