Səfir Nikoloz Natbiladze: ?Gürcüstana qarzı hərbi təcavüzə və təxribatlara dözülməyəcək?

img

07-08-2009 [05:54]


?2008-ci ilin avqust təcavüzü Rusiyanın Gürcüstana qarşı apardığı təxribat və qeyri-qanuni fəaliyyətlərin kulminasiya nöqtəsi idi. Rusiya silahlı qüvvələri Abxaziya və Cənubi Osetiya oyuncaq rejimlərinin qanunusuz hərbi birləşmələri ilə birlikdə mülki əhali və polisə qarşı soyğunçuluq, qarət, insan oğurluğu, terror aktları törədirlər. Ötən il 150 belə hadisə olub və nəticədə 21 nəfər ölüb, yüzə yaxın şəxs zədə alıb?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Rusiya-Gürcüstan müharibəsinin birinci ildönümünə ilə bağlı mətbuat konfransında Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Natbiladze bildirib. Səfirin sözlərinə görə, Rusiyanın Gürcüstana qarşı apardığı irimiqyaslı hərbi əməliyyat nəticəsində ölkə ərazisinin 20 faizi işğal olunub: ?Müharibənin ardınca işğal olunmuş ərazilərdə qalmış gürcülərin etnik təmizlənməsi aparılıb və 130 mindən çox şəxs köçkün düşüb. Etnik təmizləmənin üçüncü dalğasından sonra 35 min adam hələ də öz evinə qayıda bilməyib. 90-cı illərdən bəri etnik təmizləmə siyasətinin nəticəsi olaraq daxili köçkün şəxslərin sayı yarım milyona çatıb?. Səfir Fransa prezidentinin vasitəçiliyi ilə Gürcüstanla Rusiya arasında altı bənddən ibarət imzalann sazişin tələblərinə ölkəsinin tam riayət etdiyini bildirib: ?Qarşı tərəf isə sənədin bütün şərtlərini pozmaqda davam edir. Rusiya öz qoşunlarını hələ də ərazidən çıxarmayıb və status-kvo bərpa olunmayıb. Əvəzində isə Rusiya heç vaxt münaqişə zonasına aid olmayan-əraziləri-Kodori dərəsi, Yuxarı Abxaziya, Axalqor rayonu və Perevi işğal edib. Rusiya Tsxinvali(Cənubi Osetiya), Cava, Qudauta və Suxumidə öz hərbi bazalarını, Axalqorda hərbi avyasiya bazasını və Oçamçiredə hərbi donanma bazasını qurmaqdadır. Ümümilikdə Gürcüstan ərazisində Rusiyanın yerləşdirdiyi hərbi qoşunların sayı 10 min nəfər təşkil edir?. N.Natbiladzenin sözlərinə görə, Rusiya ATƏT və BMT-nin Gürcüstandakı müşahidə missiyasını davam etdirilməsinə veto qoyub: ?İşğal etdiyi ərazilərdə bütün beynəlxalq qurumların iştirakını sıxışdırmaqla Rusiya Abxaziya və Cənubi Osetiyada ?qara dəliklər?formalaşdırmaq, o cümlədən silah və narkotik alveri, insan alveri və s. cinayətlərə əlverişli zəmin yaratmaq niyyətini açıq-aşkar nümayiş etdirir. Atəşkəs sazişi ilə üzərinə götürdüyü öhdəliyə rəğmən Rusiya hələ də Avropa Birliyinin Nəzarət Missiyasına (EUMM) işğal olunmuş ərazilərə daxil olub, mövcud vəziyyəti yoxlamaq və həmin vəziyyətin atəşkəs rejiminə uyğun olub-olmadığını qiymətləndirməyə qoymur. Buna baxmayaraq, beynəlxalq cəmiyyətin Rusiyaya mesajı aydın və dəyişməz qalmaqdadır. Atəşkəs sazişi tam şəkildə icra olunmalı, Rusiya qüvvələrin bütövlükdə Gürcüstan ərazisindən çıxarılmalı, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin, ərazi bütövlüyü və suverenliyinin pozulması, demokratik seçkilər yolu ilə seçilmiş hakimiyyətin dəyişilməsi qəbuledilməzdir. Gürcüstana qarşı hərbi təcavüzə və təxribatlara dözülməyəcək?. Bakı-Tiflis-Qars dəmiryolunun çəklişində problemlərin olduğu təsdiqləyən səfir bunun Gürcüstanda ötən ilki müharibə və bəzi geopolitik problemlərlə bağlı olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA