Milli Məclisdə "Tikinti Məcəlləsi" hazırlanır

img

04-08-2009 [11:05]


Milli Məclisdə tikinti fəaliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır. Parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq "Tikinti Məcəlləsi"nin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edir. Bu sahədə beynəlxalq təcrübədən də geniş istifadə olunur. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığının getdikcə artdığını bildirib. Onun sözlərinə görə, bunun nəticəsində tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. "Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətinin yaradıb". Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış mühiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılması, ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunması da məcəllədə ayrıca olaraq öz əksini tapacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA