Müsavat Partiyası Emin Milli və Adnan Hacızadə məsələsinin arazdırılmasını tələ edir

img

03-08-2009 [05:52]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Müstəqil İnformasiya Agenliyinin xəbərinə görə, əvvəlcə Sumqayıt şəhər təşkilatının keçirilmiş konfransı haqqında məlumat verilib. Konfransın yüksək səviyyədə keçirildiyi qeyd edilib. Adnan Hacızadə və Emin Millidən sonra daha bir fəal gəncin ? Ağasif İbrahimovun həbs edilməsi barədə müzakirə aparılıb. Qeyd olunub ki, Ağasif İbrahimov fəal gənc olaraq mütəmadi olaraq ictimai-siyasi tədbirlərdə iştirak edib. Ona görə də onun gizlənərək hərbi xidmətdən yayınması inandırıcı səslənmir. A. İbrahimov özü dəfələrlə Hərbi Komissarlığa gedərək əsgərliyə getmək istədiyini bildirib. Divan bu məsələnin hərtərəfli araşdırılmasını və ədalətli qərar qəbul edilməsini zəruri sayır. Eyni zamanda Divan həbsdə olan Emin Milli və Adnan Hacızadənin obyektiv və səviyyəli tibbi ekspertizadan keçirilməsini tələb edib. Bu məsələnin müzakirəsi zamanı siyasi məhbusların sağlıq problemləri, onların keyfiyyətli və vaxtında müalicə ala bilmələri hüququ ilə bağlı ciddi nöqsanların mövcudluğu qeyd edilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA