Arif Hacılı: ?Müsavat Əhməd Orucun dərk etmədiyi formada milli maraqlarımızı müdafiə edir?

img

03-08-2009 [03:23]


?Müsavat Partiyası hər zaman milli mənafelərimizin qorunması istiqamətində kifayət qədər ciddi fəaliyyət göstərib. Müsavat Partiyası Əhməd Orucun dərk etmədiyi formada milli maraqlarımızı müdafiə edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Məkrəzi İcra Aparatının rəhbəri Arfi Hacılı deyib. Qeyd edək ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc ?Reytinq? qəzetinə açıqlama verərkən, Müsavat Partiyasının milli xətdən kəanarlaşdığını bildirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən A.Hacılı isə Ə.Orucun fikirlərinin əsassız olduğunu və heç bir məntiqə söykənmədiyini vurğulayıb: ?Biz, Əhməd Oruc və onun ətrafındakı siyasi qüvvələrdən fərqli olaraq, hansısa böyük bir qurum yaratmaq və bu fəaliyyət çərçivəsində gündəmdə qalmaq kimi düşüncələrlə yaşamırıq. Müsavat Partiyası, zaman-zaman milli maraqlarmız təhlükə altında olduğu təqdirdə meydanda olub. Buna görə də heç kim bizi milli xətdən kənarlaşmaqda ittiham edə bilməz. Qarabağ məsələsi, İrandakı proseslər, Çində uyğurlara qarşı qəddarlıq olanda yenə də etiraz edən Müsavat Partiyası idi. Ona görə də Əhməd Orucun bu kimi açıqlamaları mənasızdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA