Deputatlarımız Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək

img

28-07-2009 [06:03]


İyulun 29-da Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini Azərbaycan Respublikası Milli Məclisinin deputatları da Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər. Milli Məclisdən bildilib ki, azərbaycanlı deputatlar Moldovanın müxtəlif seçki məntəqələrində olacaq, prosesin gedişi ilə maraqlanacaqlar. Səsvermə başa çatdıqdan sonra MDB müşahidə missiyası seçkilərin nəticəsi ilə bağlı rəyini açıqlayacaq. Qeyd edək ki, bu il iyun ayında Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısı fərman imzalanıb. Növbədənkənar parlament seçkilərində əsas mübarizə Moldovanın 9 siyasi partiyası arasında gedəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA