Zəlimxan Məmmədliyə qarzı "qara piar" aparılır

img

02-08-2009 [06:22]


[b]"Borçalı" Cəmiyyətinin sədri deyir ki, onun gördüyü işlərə kölgə salmaq istəyirlər [/b] Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli "Borçalı" Cəmiyyətinin sədri seçiləndən sonra onun partiyadan gedəcəyi ilə bağlı fikirlər səsləndi. Hazırda isə Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi "Borçalı" Cəmiyyətində bir araya gələn tanınmış şəxslərin rəhbərliyi altında yeni siyasi partiya yaradılacağı bildirilir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, artıq bu istiqamətdə müəyyən işlər görülüb, danışıqlar aparılıb: "Yeni yaradılacaq partiyanın adı El Partiyası olacaq. Bu partiyada əsasən, əslən Borçalıdan olanlar təmsil olunacaqlar. Rəhbərlikdə isə Zəlimxan Məmmədli, Müsavat deputat qrupunun üzaü Nəsib Nəsibli, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı təmsil olunacaqlar. KXCP-dən Azər Quliyev, Alı İsmayılovun da bu partiyaya gələcəyi planlaşdırılır. Hələlik partiyaya kimin sədrlik edəcəyi bəlli deyil. Ancaq Zəlimxan bəy "Borçalı" Cəmiyyəti ilə bağlı işləri çox olduğundan sədr olmaq istəmir. Hamlet İsaxanlı isə Nəsib bəyin sədrliyini qəbul edə bilər". Bizi bilgiləndirən şəxs onu da deyib ki, hələlik bu məsələ gizli saxlanılsa da, partiyanın ilkin dayaqları yaradılandan sonra ictimaiyyətə elan olunacaq. Məsələylə bağlı "Reytinq"ə açıqlama verən Zəlimxan Məmmədli deyilənlərin ona və rəhbərlik etdiyi "Borçalı" Cəmiyyətinə, görülən işlərə qarşı hazırlanmış kampaniya olduğunu bildirib. Özü də Z.Məmmədli belə kampniyanın kimlər tərəfindən aparıldığını da yaxşı bildiyini deyib. Amma belə kampaniyaların heç bir nəticə verməyəcəyini vurğulayıb: "Mən böyük bir partiyanın rəhbər orqanındayam və 20 illik siyasi fəaliyyətim var. Yəni hər hansı bir formada partiya yaratmaq eşqinə düşməyə əsaslar yoxdur. Ona görə ki, mən, Azərbaycan siyasi səhnəsində ön sıralarda olan adamlardan biriyəm. Sadəcə olaraq, ötən ayın 26-sı böyük bir təntənə yaşandı. Bu təntənə bəlkə də Borçalıda son yüz illiyin ən yüksək zirvəsi olan tədbirlərdən biri idi. 10 min insan doğma yaylaqlara çıxmışdı və bir ruh var idi. Amma bunu təbrik etmək, "xeyirli olsun",- demək əvəzinə, gördüyümüz işlərə kölgə salmaq istəyirlər. Bu, "qara piar"dır. Hər hansı formada deyilən o məsələlərin əsası yoxdur. Ona görə ki, bu məsələni nə kiminləsə müzakirə etmişəm, nə ən yaxın bildiyim insanla da bu barədə söhbət etməmişəm. Çünki belə bir niyyətim olmayıb". Nəsib Nəsiblinin, Hamlet İsaxanlının belə bir niyyətinin olub-olmamasına gəlincə, Zəlimxan bəy "Mən heç kimin məsuliyyətini daşımarım. Kim nə istəyir, Allah işini avand eləsin. Özləri bilərlər. Mən, "Borçalı" Cəmiyyətinin sədriyəm və indiki halda bu cəmiyyən fəaliyyətinin məsuliyyətini daşıyıram. Başqa bir niyyətim də yoxdur",- söyləyib. Sonda Z.Məmmədli KXCP-də qalacağını və hər hansı bir siyasi təşkilata transfer etməyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA