ALP bələdiyyə seçkilərinə namizəd müəyyənləzdirməkdə çətinlik çəkir

img

01-08-2009 [03:16]


Əksər müxalifət partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı bələdiyyə seçkilərinə birgə iştirakla bağlı qərar versə də, quruma daxil olan partiyalar hazırlıq işlərini ayrı-ayrılıqda aparır. Artıq bəzi partiyalar hazırlıq işlərini gücləndirib. Ümid Partiyası yerlərdə namizədlərinin xeyli hissəsini müəyyənləşdirib. ADP isə seçkidə 500 namizədlə iştirak edəcəyini bəyan edib. Bu məsələdə Azərbaycan Liberal Partiyasının (ALP) fəaliyyətində passivlik müşahidə edilir. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ALP sədr əvəzi Əvəz Temirxan təmsil olunduğu partiyanın da seçkiyə hazırlaşdığını bildirib. Amma Ə.Temirxan müəyyən çətinliklərin də olduğunu vurğulayıb: ?Mən deyərdim ki, hazırda geniş kütlə arasında seçkilərə qarşı bir apatiya var. Həm seçicilər, həm də bizim namizəd kimi gördüyümüz insanlar arasında böyük apatiya var ki, onsuz da seçkilər saxtalaşdırılacaq. Bu da bəzilərini tərəddüd etməyə məcbur edir. Belə bir vəziyyətin olması da həmin adamların namizədliklərini verib-verməmək barədə düşündürür?. ALP yetkilisi onu da nəzərə çatdırıb ki, Liberal Partiyaı yalnız öz üzvlərini deyil, yerlərdə nüfuzlu şəxslərin namizədliyini irəli sürmək fikrindədir və bu istiqamətdə də işlər aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA