Vaqif Mahmudov: ?Rəsul Quliyev sədr məsələsinə müdaxilə etməyəcək?

img

28-07-2009 [01:02]


Akif Şahbazovun Açıq Cəmiyyət Partiyasının (ACP) sədrliyindən istefa verməsindən sonra qurumun rəhbərliyinə kimin gələcəyi məsələsi müzakirə mövzusuna çevrilib. Müstəqil İnformasiya Agentliyinə açınlama verən ACP-nin hazırkı rəhbəri Vaqif Mahmudov deyib ki, sentyabr ayında keçiriləcək Ali Məclisin iclasında bu məsələ həll olunacaq. Qeyd edək ki, ACP sədrinin keçmiş müavini Yaqub Abbasov sədrin Rəsul Quliyev tərəfindən müəyyənləşəcəyini bildirib. Vaqif Mahmudov isə MİA-ya açıqlamasında fərqli fikir söyləyib: ?Məncə, Rəsul Quliyev sədr məsələsinə müdaxilə etməyəcək. Ali Məclisin iclasında sədr olmaq istəyənlər namizədliklərini irəli sürəcək, kimin şansı varsa, o da seçiləcək. Nizamnaməyə görə, bəli, Rəsul müəllim sədr məsələsinə müdaxilə edə bilər. Xatırlayırsınızsa, Rəsul müəllim müsahibələrinin birində sədrliyə namizədinin olmadığını demişdi. Yaqub Abbasovun bu qədər qəti danışmağına gəlincə, bu, onun şəxsi fikridir, mən isə bu fikirlərə şərh vermək istəmirəm?. V.Mahmudov Y.Abbasovun ACP-nin fəaliyyətinin zəif olması ilə bağlı fikirlərinə də münasibət bildirməkdən yayınıb. Onun sözlərinə görə, ACP əlindən gələni edir: ?Digər müxalifət partiyaları necə fəaliyyət göstərirsə, biz də elə. Zəiflik ümummi müxalifət düşərgəsində var. Yaqub Abbasov da nə deyir özü bilər, mən durub ona nə şərh verəcəm. Ancaq onu deyə bilərəm ki, onun fikirləri ilə razı deyiləm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA